“Sabah bizim son şansımızdır” – “Tvente”nin baş məşqçisi
Tvente” UEFA Konfrans Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ”ın qonağı olacaq.
Msport.az xəbər verir ki, Niderland klubunun baş məşqçisi Con van den Brom matçdan öncə mətbuatın qarşısına çıxıb.
“Şanslarımıza inanırıq. Sabah bizim son şansımızdır. Hər şey məhz o zaman həll olunmalıdır. Heç bir bəhanə qəbul olunmur. Bir günlük əlavə vaxtımız var idi. Dünən axşam Bakıya gəldik. İki saatlıq fərq var. İqlimə də öyrəşmək lazımdır. Yaxşı şəraitdə səyahət etmişik. Sakit bir gün keçirdik. Bu gün üçün ən vacib məqam axşam məşqidir.
İlk matça dəfələrlə baxmışıq. Əla səviyyədə oynamasaq da, bir çox şeyləri yaxşı etdik. “Qarabağ” kimi komandanı məğlub etmək üçün hər kəs ən yaxşı oyununu nümayiş etdirməldiir. Sabah üçün əsas çağırış məhz bundadır. Bir həftə ərzində hazılıq keçmək şansımız oldu. Buna kifayət qədər diqqət ayırdıq. Evdə qol vurmaq üçün yaxşı imkanlar əldə etdik və rəqibə nisbətən az şans verdik. Sabah son şansımızdır Var gücümüzlə mübarizə aparmaq üçün yetərincə əsaslarımız var”.
Xatırladaq ki, “Qarabağ” – “Tvente” görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların Niderlandda oynanılan ilk görüşündə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.







