"Sabah"da rekord - Deviçə çatdı
“Sabah”ın futbolçusu Coy-Lens Mikels klub rekordunu təkrarlayıb.
Msport.az PFL-in saytına istinadən xəbər verir ki, almaniyalı futbolçu klub tarixində bir mövsümdə ən çox qol vuran oyunçu adına şərik çıxıb. Mikels cari çempionatda 8 dəfə fərqlənib. O, buna “Sumqayıt”la matçda nail olub.
“Sabah”ın heyətində bir mövsümdə ən çox qol vuran oyunçu Marko Deviç idi. Ukrayna vətəndaşı olan serb futbolçu 2018/19 mövsümündə 8 dəfə rəqib qapısına yol tapıb.