“Sabah”da serbiyalı məşqçi
“Sabah” basketbol klubunun yeni baş məşqçinin adı açıqlanıb.
Msport.az xəbər verir ki, “bayquşlar” Lazar Spasiçlə 3 illik müqavilə bağlayıb. 34 yaşlı serbiyalı mütəxəssisin son komandası Bundesliqada mübarizə aparan “EBE Baskets Oldenburq” olub.
Spasiçin rəhbərliyi altında “Vrşats” komandası 2024-2025-ci ilər mövsümündə Serbiya liqasını qazanıb.
Qeyd edək ki, Rimas Kurtinaytis bu günlərdə “Sabah” basketbol klubunun baş məşqçi postunu tərk etmişdi.







