"Sabah"dan növbəti qələbə
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
Msport.az-ın məlumatına görə, günün ikinci matçında “Sabah” “Qəbələ”ni qəbul edib.
Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:1. Meydan sahiblərində 19 və 41-ci dəqiqədə Davit Volkov fərqlənib. Qonaqların qolunu isə 45+3-cü dəqiqədə Əyyub Allaş vurub.
Xallarının sayını 37-ə çatdıran “Sabah” “Neftçi” və “Səbail”lə birlikdə 3-5-ci yerləri bölüşdürür. Sonuncu sıradakı “Qəbələ”nin 15 xalı var.
Qeyd edək ki, bu gün baş tutan “Kəpəz” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 3:3. Martın 8-də “Sumqayıt” səfərdə “Səbail”ə qalib gəlib – 1:0. XXVI tura martın 10-da “Turan Tovuz” – “Araz-Naxçıvan” və “Qarabağ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.