featured-image-81107

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” III təsnifat mərhələsində ilk oyuna çıxıb.

Msport.az xəbər verir ki, Bakı klubu Danimarkanın “Orxus” komandasının qonağı olub.

Randers şəhərində yerləşən eyniadlı stadionda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah”ın heyətində qolu 67-ci dəqiqədə Velko Şimiç vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 11-də “Bank Respublika Arena”da keçiriləcək.

Bənzər xəbərlər