featured-image-51655

“Sabah” daha bir futbolçusu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, “bayquşlar” İshak Belfodillə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

32 yaşlı hücumçu “Sabah”a böyük ümidlərlə transfer olmuşdu. Əlcəzairli futbolçu karyerası ərzində “Lion”, “Bolonya”, “Parma”, “İnter”, “Parma”, “Verder”, “Hoffenhaym”, “Verder”, “Əl Qarafa” kimi klublarda çıxış edib.

Belfodil “Sabah”ın heyətində 18 oyunda 3 qol vurub. Belfodil “Sabah”ın ən bahalı transferi sayılırdı.

Bənzər xəbərlər