featured-image-35651

“Sabah”ın mərhələ keçmək üçün çox yaxşı şansı var. Hər şey komandanın özündən asılıdır”.

Bunu Msport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç Serbiyada “Partizan” və “Sabah” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Veteran hücumçu bildirib ki, Azərbaycan təmsilçisi ilk matçdakı kimi oynasa, istədiyi nəticəni əldə edəcək: “Düzdür, futbolda hər şey mümkündür. Amma “Sabah” evdəki kimi oynasa, “Partizan”ın heç bir şansı olmayacaq”.

Subaşiç bugünkü qarşılaşmada “Sabah”a azarkeşlik edəcəyini söyləyib: “Bizi çox maraqlı oyun gözləyir. “Partizan” Serbiya klubu olsa da, mən Bakı təmsilçisini dəstəkləyəcəyəm”.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matçda “Sabah” 2:0 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər