“Sabah”ın baş məşqçisi: “Vaxtında düzgün qərarlar verə bilmədik”
“Vaxtında düzgün qərarlar verə bilmədik”.
Msport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sent Patriks”ə (İrlandiya) məğlubiyyəti (0:1) şərh edərkən deyib.
Xorvatiyalı çalışdırıcı İrlandiya təmsilçisinin qələbə layiq olduğunu bildirib. O, qeydə alınan nəticənin “Sabah” üçün də yaxşı olduğunu dilə gətirib: “İlk 10-12 dəqiqə ərzində topa nəzarət tamamilə bizim tərəfdə idi. Lakin sonra lazımsız səhvlərə yol verdik. İkinci hissə başladıqdan az sonra meydanda azlıqda qaldıq. Hər şeyə rəğmən, nəticə bizim üçün yaxşıdır. Hələ heç nə bitməyib. Biz sadəcə ilk 90 dəqiqəni keçirmişik. Cavab matçında vəziyyəti dəyişmək olar”.
Qeyd edək ki, “Sabah”la “Sent Patriks”in cavab oyunu avqustun 15-də Bakıda reallaşacaq.