featured-image-51148

“Sabah”ın Konfrans Liqasındakı ev oyununun hakimləri açıqlanıb.

Msport.az xəbər verir ki, Hayfa “Makkabi”si ilə cavab görüşünü Slovakiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Bakıdakı matçın baş hakimi Peter Kraloviç olacaq. Ona Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Dördüncü hakim funksiyasını Boris Marhefka yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 1-də “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər