“Sabah”ın “Hapoel”lə oyunlarının vaxtı və yeri açıqlandı
UEFA Azərbaycan çempionu “Sabah” və İsrail təmsilçisi “Hapoel” (Beer-Şeva) arasında Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının başlama vaxtını və məkanını açıqlayıb.
Msport.az xəbər verir ki, ilk görüş avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdəki “Culeşti” stadionunda keçiriləcək.
Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Tərəflər arasında cavab qarşılaşması isə avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.







