“Sabah”ın ilk sınağı
Sloveniyada təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama oyununda qüvvəsini sınayacaq.
Msport.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv yerli “Koper” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 20:30-da “Brejitse stadionu”nda baş tutacaq.
Qeyd edək ki, “Sabah” ölkəmizi Avropa Konfrans Liqasında təmsil edəcək. Masazır təmsilçisi İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.