featured-image-49716

“Sabah”ın U-10 komandası İspaniyanın paytaxtı Madriddə baş tutacaq “MadCup” beynəlxalq turnirinə qatılacaq.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Madrid təmsilçiləri “Atletiko” və “Real”ın təşkilatçılığı ilə keçiriləcək yarışda 5 qitədən müxtəlif ölkələri təmsil edən 90 komanda mübarizə aparacaq.

Savalan Əlizadənin baş məşqçisi olduğu “Sabah” İspaniyanın “Atletiko”, “Pozuelo De Alarkon”, “CDE DR Akademi Sport”, həmçinin ABŞ-nin “Doral” komandaları ilə birlikdə B qrupunda mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar qızıl medallar uğrunda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, turnirin açılış mərasimi iyunun 24-də, Madriddəki “Metropolitano” stadionunda baş tutacaq. Mərasimdə David Vilya, Fernando Torres kimi futbol ulduzlarının da iştirakı nəzərdə tutulub.

Bənzər xəbərlər