featured-image-57813

“Vasili Berezutski ilə danışıqlar prosesi çox vaxt aparmadı”.

Msport.az xəbər verir ki, bu sözləri Rusiya mətbuatına açıqlamasında “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov Vasili Berezutskinin Bakı təmsilçisinə baş məşqçi təyin olunmasını şərh edərkən deyib.

Funksioner bildirib ki, rusiyalı gənc mütəxəssisin istəyi və motivasiyası bu təyinatın reallaşmasında əsas rol oynayıb: “Bütün vacib aspektləri müzakirə etdiyimiz məhsuldar görüş keçirdik. Berezutskiyə klub barədə informasiya verdik. O, necə işləməli olduğunu bilir. İşin əsasını komandanın indiki potensialı təşkil edəcək”.

Qeyd edək ki, “Sabah” Vasili Berezutski ilə 2.5 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər