featured-image-50088

Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”ın rəqibi olan İsrail təmsilçisi “Makkabi” yeni mövsümə hazırlıq çərçivəsində ilk yoldaşlıq görüşünü keçirib.

Msport.az xəbər verir ki, Hayfa klubu Petax-Tikva “Makkabi”si ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub. “Yaşıllar”ın yeganə qolunu 30-cu dəqiqədə Din David vurub.

Qeyd edək ki, “Sabah”la “Makkabi” arasında oyunlar iyulun 25-i və avqustun 1-də keçiriləcək.

Bənzər xəbərlər