featured-image-50197

“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Hayfa “Makkabi”si heyətini gücləndirməyə hazırlaşır.

Msport.az İsrail mətbuatına istinadən xəbər verir ki, adıçəkilən klub yerli liqada çıxış edən bir oyunçunu transfer etməyə yaxındır. Belə ki, hayfalılar Netanya “Makkabi”sinin dayaq yarımmüdafiəçisi Ethan Azulayın keçidi üçün qarşı tərəflə danışıqlar aparır.

“Sabah”ın rəqibi bu transferi reallaşdırmaq üçün hətta 1 milyon avro xərcləməyə də hazırdır. Rəhbərlik 22 yaşlı oyunçunu təlim-məşq toplanışının əvvəlinə çatdırmağa çalışır.

Qeyd edək ki, “Sabah”la “Makkabi” arasında oyunlar iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Bənzər xəbərlər