Fransa millisinin sabiq üzvü karyerasını bitirdi - RƏSMİ
PSJ-nin və Fransa millisinin sabiq futbolçusu Leyvin Kurzava karyerasını bitirdiyini açıqlayıb.
Msport.az xəbər verir ki, 34 yaşlı futbolçu bununla bağlı sosial media hesabında paylaşım edib.
Kurzava karyerası ərzində “Monako”, “PSJ, “Fulhem”, “Boavişta” kimi klublarda çıxış edib. O, son olaraq İndoneziyanın “Persib Bandunq” komandasının formasını geyinib.







