Qrizmann MLS-də xüsusi mükafat aldı
“Orlando siti”nin hücumçusu Antuan Qrizmann MLS-in ən yaxşı debütantı seçilib.
Msport.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Fransa millisinin sabiq üzvü yeni klubu ilə 2026-cı ilin martında müqavilə bağlayıb, iyulda isə komandaya qoşulub. O, bu müddət ərzində 22 oyunda meydana çıxıb 15 qol vurub və 7 məhsuldar ötürmə verib.
Orlando təmsilçisi Şərq Konfransında 8-ci yeri tutub və “Sinsinati” ilə pley-off oyununa çıxacaq.
Qeyd edək ki, 35 yaşlı Qrizmann karyerası ərzində “Real Sosyedad”, “Atletiko” və “Barselona” klublarında çıxış edib.







