featured-image-49974

İspaniyanın paytaxtı Madriddə “MadCup” beynəlxalq turnirində çıxış edən “Sabah”ın U-10 komandası növbəti oyunlarını keçirib.

Msport.az xəbər verir ki, Azərbaycan təmsilçisi qrup mərhələsində son oyununda Madrid “Atletiko”suna məğlub olub (2:8). Oyunda “Sabah”ın qollarına Ömər Şirəliyev və Nihad Həsənov imza atıb.

“Sabah” U-10 qrup mərhələsini 4-cü pillədə başa vuraraq, “Bürünc Liqa”da mübarizə aparmaq şansı qazanıb.

“Bürünc Liqa”nın 1/8 finalında Avstraliyanın “Vilyarreal” (Sidney) komandasını 4:1 hesabıyla məğlub edən Savalan Əlizadənin baş məşqçisi olduğu komanda 1/4 finala adlayıb. Matçda qollara Əbülfəz Salahov, Həmzə Səfərli, Cavidan Ağayev və Timur Hacıyev imza atıblar.

“Sabah” 1/4 finalda İspaniyanın “Avila Atletiko” komandası ilə qarşılaşıb. Görüş 5:1 hesabıyla Bakı klubunun xeyrinə başa çatıb. Qollara Timur Hacıyev (2), Yusif Məmmədli, Ayxan Hüseynli və Əbəlfəzabbas Qasımlı imza atıblar.

Yarımfinalda isə İspaniyanın “Fundacion” klubunu 5:1 hesabıyla məğlub edən “Sabah” finala vəsiqə qazanıb. Qolları Timur Hacıyev (2), Cavidan Ağayev, Ayxan Hüseynli və  Ömər Şirəliyev vurublar.

İyunun 24-də isə turnirin təmtəraqlı açılış mərasimi olub. Açılış Madridin məşhur “Metropolitano” stadionunda keçirilib.

Bənzər xəbərlər