"Sabah" - "Orxus" oyununun hakimləri dəyişdirildi
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Sabah” – “Orhus” matçının hakimləri dəyişdirilib.
Msport.az xəbər verir ki, daha əvvəl qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasınıa tapşırılmışdı. Lakin dəyişiklikdən sonra bu görüş fransalı hakimlərə həvalə edilib.
Referi Villi Delajoya yan xətt hakimləri Ervan Finjean və Valentin Evrard kömək edəcək. Dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. VAR hakimi Bastien Deşepi, AVAR isə Nikolya Rainvill olacaq.
Qeyd edək ki, “Sabah” – “Orhus” oyunu avqustun 11-də “Bank Respublika Arena”da keçiriləcək. İlk matçda Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.







