"Sabah" "Qarabağ"ın qapıçısını transfer etdi - RƏSMİ
“Sabah” heyətinə yeni futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, paytaxt klubu Amin Ramazanovla 2 illik müqavilə bağlayıb.
23 yaşlı qapıçı son olaraq “Qarabağ”da çıxış edirdi. Ağdam klubu onu bir müddət “Zaqatala”ya icarəyə vermişdi.
Qolkiper Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi sayılır.







