featured-image-81619

Rusiya mətbuatı “Sabah”ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Hapoel” (Beer-Şeva) ilə oyunundan (1:2) yazıb.

Msport.az championat.ru-nun yazısını qısa ixtisarla təqdim edir:

“Azərbaycan çempionu “Sabah” “Qarabağ”ın ötən mövsümdəki yolunu təkrarlamaq niyyətindədir. Litvalı mütəxəssis Valdas Dambrauskasın komandası tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanmağa çalışır. Məlum səbəblərə görə rəqiblərini İsraildə deyil, Rumıniyada qıəbul edən “Hapoel”ə qarşı səfər matçında “Sabah” artıq 6-cı dəqiqədə hesabda önə keçdi. Topun ələ keçirilməsindən sonra nominal qonaqlar əks-hecuma çıxdılar. Puxaç topu sağ cinahla irəli apardı və cərimə meydançasına doğru alçaqdan ötürmə etdi.  Amma top polşalı futbolçuya qayıtdı. İkinci cəhddən o, topu komanda yoldaşı Velko Simiçə çatdıra bildi. Simiç 8-10 metrdən başla zərbə endirdi.

Daha sonra “Sabah” topa nəzarəti və meydandakı üstünlüyü rəqibə verdi. Fasilə ərəfəsində komanda kuryoz qol buraxdı. “Hapoel”in hücumu zamanı meydan sahiblərinin bir futbolçusu zərbə endirməyə çalışsa da, sonda ötürmə etdi, digər oyunçunun zərbəsi isə bloklandı. Daha sonra top şansı şəkildə qapı qarşısında duran İstə doğru istiqamətləndi. Yamaykalı futbolçu ayağını uzatdı və top əlverişli şəkildə qapıya daxil oldu.

“Sabah” duruxdu. “Hapoel” elə oynamağa başladı ki, sanki matç onun Beer-Şevadakı meydanında keçirilir və sonda onlar qələbə qazana bildilər. Peres sol cinahdan standart vəziyyəti təhlükəli yerinə yetirdi, serbiyalı hücumçu Zlatanoviç isə yuxarı dirəyə doğru hərəkətlənərək başla qol vurdu.

Bu geridönüş “Hapoel”i Azərbaycanda keçiriləcək cavab oyunu ərəfəsində cüzi üstünlüyə malik tərəfə çevirir”.

Bənzər xəbərlər