featured-image-57786

Rusiyalı mütəxəssis Vasili Berezutski “Sabah”ın yeni baş məşqçisi ola bilər.

Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bu gün Krunoslav Renduliçlə yollarını ayrılan Bakı klubunu rusiyalı mütəxəssislə danışıqlara start verilib. “Sabah” rəhbərliyi baş məşqçi kimi təcrübəsi olmayan 42 yaşlı mütəxəssisin komandanı daha yüksək pillələrə daşıyacağı qənaətindədir.

Qeyd edək ki, Berezutski hazırda Çinin “Şanxay Şenxua” klubunda Leonid Slutskinin köməkçilərindən biridir. O, bunadək Aleksey Berezutski və Viktor Qonçarenkonun rəhbərliyi altında Rusiya MOİK-ində, həmçinin sonuncu ilə “Krasnodar”da çalışıb.

Bənzər xəbərlər