featured-image-52023

Azərbaycan Premyer Liqasında birinci turun növbəti oyunu baş tutub.

Msport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Sabah” və “Şamaxı” komandaları üz-üzə gəlib.

“Bank Respublika Arena”da reallaşan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Sabah”ın heyətində Namik Ələsgərov ilə Xəyal Əliyev, “Şamaxı”da isə Rüfət Abbasov və Belaydi Pusi fərqləniblər.

Turun son oyununda “Zirə” “Səbail”i sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.

İlk turun əvvəlki qarşılaşmalarında “Qarabağ” “Araz-Naxçıvan”a 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə yekunlaşıb.

Bənzər xəbərlər