featured-image-81800

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start veriləcək.

Msport .az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda İsrail təmsilçisi  “Hapoel”i (Beer-Şeva) qəbul edəcək.

20:45-də start götürəcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək.

 

İilk oyunda “Hapoel” 2:1 hesabı ilə qələbə qazanmışdı.

Cütün qalibi ÇL-in Liqa mərhələsində, məğlubu isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.

UEFA Çempionlar Liqası

Pley-off, cavab oyunu

25 avqust

20:45. “Sabah” (Azərbaycan) – “Hapoel” (Beer-Şeva, İsrail)
Hakimlər:
 İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya)
VAR: Bastian Dankert (Almaniya)
AVAR: Katalin Popa (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:2

Bənzər xəbərlər