featured-image-51881

Azərbaycanın daha iki təmsilçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Msport.az xəbər verir ki, “Sabah” İsrailin “Makkabi” (Hayfa) klubunu qəbul edib.

“Bank Respublika Arena”dakı qarşılaşmanın əsas vaxtı qonaqların 5:2 hesablı üstünlüyü ilə başa çatıb. Ümumi hesab (5:5) bərabər olduğundan matçda əlavə vaxt oynanılıb. 30 dəqiqədə tərəflərə hərəyə bir dəfə fərqləndiyi üçün tarazlıq pozulmayıb. Belədə qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (4:2) oynayan Bakı klubu növbəti mərhələyə yazdırıb.

“Zirə” isə Slovakiyada “DAK 1904” ilə qarşılaşıb. Bakıdakı ilk matçda 4 cavabsız qolla qalib gələn “qartallar” ikinci qarşılaşmada da rəqibinə heç bir şans verməyib – 2:1. Bununla, “Sabah”dan sonra “Zirə” də mərhəıə adlayıb.

Bənzər xəbərlər