"Sabah" "Zirə"ni, "Neftçi" "Şamaxı"nı məğlub etdi
Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.
Msport.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib. “Şamaxı” Şamaxı şəhər stadionunda “Neftçi”ni qəbul edib. “Keşlə” futbol klubunun tamhüquqlu varisi olaraq qəbul edilən “Şamaxı” yeni adla ilk matçında uduzub – 1:2.
Digər görüşdə “Zirə” “Sabah”ın qonağı olub və 1:3 hesabı ilə məğlub olub.
9 aprel (şənbə)
“Sabah” – “Zirə” – 3:1
Qollar: Zurab Oçiqava, 40 (1:0), Hamidu Keyta 48 (1:1), Coy Lens-Mikels, 58 (2:1), Xulio Sezar Rodrigez, 90+5 (3:1)
“Şamaxı” – “Neftçi” – 1:2
Qol: Rəhman Hacıyev, 10 (1:0), Tiaqo Bezerra, 60 (1:1), Ramon Maçado, 72 (1:2)
10 aprel (bazar)
18:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Kapital Bank Arena
20:30. “Səbail” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
ASCO Arena