Sabiq “Araz-Naxçıvan”lı Albaniya klubunda
“Araz-Naxçıvan”ın sabiq qapıçısı Kristian Avramın yeni klubu məlum olub.
Msport.az xəbər verir ki, 32 yaşlı qolkiper Albaniyanın “Vlajniya” klubu ilə müqavilə imzalayıb.
Şkodra təmsilçisi transferi rəsmən açıqlayıb. 1994-cü il iyulun 27-də anadan olan qapıçı karyerası ərzində “Akademiya Kişinyov”, “Daçiya Kişinyov”, “Dinamo-Auto Tiraspol”, “Petrokub Hınçeşti”, “Qloriya Buzau” və “Araz-Naxçıvan”da çıxış edib.
Avram Moldova millisində 16 oyun keçirib. O, yığmada debütünü 2021-ci il iyunun 6-da Azərbaycanla yoldaşlıq görüşündə edib.
Qapıçı 2023/24 mövsümündə “Petrokub”la Moldova çempionu olub, 2020-ci ildə ölkə kubokunu qazanıb. O, 2019/20 mövsümündə Moldova çempionatının ən yaxşı qapıçısı seçilib.
Qeyd edək ki, 1919-cu ildə yaradılan “Vlajniya” Albaniyanın ən titullu klublarından biridir. Komanda doqquz dəfə ölkə çempionu olub, səkkiz dəfə Albaniya kubokunu, iki dəfə isə Superkuboku qazanıb.
Avramın yeni komandasında debütü avqustun 21-də “Skenderbeu”ya qarşı çempionat oyununda baş tuta bilər.







