Sabiq “Neftçi”li 40 yaşında müqavilə bağladı
Yaponiya millisinin sabiq üzvü Keysuke Hondanın yeni klubu bəlli olub.
Msport.az xəbər verir ki, 40 yaşlı hücumçu Sinqapurda oynayacaq.
O, bu ölkənin əsas liqasında mübarizə aparan “Yuronq”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 2027-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Honda 2021-ci ilin martından iyuluna kimi “Neftçi” oynayıb. “Milan”, “Botofaqo”, “Vitess”, SSKA (Moska) klublarında da çıxış etmiş Honda “Neftçi”də meydana çıxdığı 7 oyunda 2 qol vurub.







