featured-image-46148

Rusiyanın sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Abdülraşid Sadulayev Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə buraxılmamasının səbəbi müəyyənləşib.

Msport.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi məsələ ilə bağlı bəyanat yayıb.

Qeyd olunub ki, Abdülraşid Sadulayev Rusiyanın Ukraynadakı hərbi fəaliyyətinə dəstək verdiyi üçün ona yarışda iştirak etmək qadağası qoyulub.

Olimpiya Təsnifat Turniri sabah start götürəcək və 3 gün davam edəcək. Hər çəkidə finala çıxmağı bacaran güləşçilər Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Bənzər xəbərlər