featured-image-83344

Bu gün Azərbaycan 1-ci Liqasında 4-cü tur start götürüb.

Msport.az xəbər verir ki, dörd günü əhatə edəcək turun açılış oyununda “Şahdağ Qusar” Binə qəsəbə stadionunda “Zaqatala”nı qəbul edib. Görüş Qusar təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Füzuli Məmmədovun komandasında Mehrac Baxşalı və Joze Zenqo dubl ediblər.
Qeyd edək ki, turun mərkəzi oyunu sabah – 8 oktyabrda “Səbail” ilə “Karvan-Yevlax” arasında olacaq. Ayın 9-da MOİK – “Mingəçevir” və “Şimal” – “Xankəndi” görüşləri keçiriləcək. Tura şənbə günü “Gəncəbasar” – “Baku Sportinq” matçı ilə yekun vurulacaq.
Azərbaycan 1-ci Liqası
4-cü tur
7 oktyabr
“Şahdağ Qusar” – “Zaqatala” 6:0
Qollar: İ.Butrif, 5. M. Baxşalı, 19; 90. J.Zenqo, 38; 62. A. Çipesse, 83.
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Safalı Ağayev, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu.

Bənzər xəbərlər