featured-image-32212

Mövsümün sonunda “Şamaxı”nı “Səbail”ə dəyişən Amil Yunanovun Msport.az saytına müsahibəsi

– “Səbail”ə keçidinizlə bağlı nə deyə bilərsiniz? Transfer necə baş tutdu?
– “Səbail”ə Şahin Diniyevin istəyilə keçdi. Dedi ki, səni komandamda görmək istəyirəm. Mən də razılıq verdim.

– Yəqin ki, “Şamaxı” elitada qalsaydı, komandanı tərk etməzdiniz…
– I Divizionda oynamaq istəmirdim. Bu səbəbdən “Şamaxı”dan ayrıldım.

– Başqa təklifləriniz də var idi? Məsələn, bir ara adınız Turan Tovuz”la yanaşı hallanırdı…
– Bəli, bəzi təkliflərim, maraqlanan klublar var idi. Amma mən “Səbail”i seçdim.

– Niyə məhz “Səbail”?
– Yeni mövsüm üçün iddialı komanda qurulur. Avrokuboklar uğrunda mübarizə aparacağıq. Məhz buna görə “Səbail”in təklifini qəbul etdim.

– Bəs, “Şamaxı”nı niyə Premyer Liqada saxlaya bilmədiniz? Nə mane oldu?
– Məncə, təcrübəsizlik öz sözünü dedi. Komanda olaraq çox yaxşı oyunlarımız oldu. “Şamaxı” aşağı liqaya düşməyə layiq deyildi. Komanda çempionata rəng qatırdı. İnanıram ki, gələn il I Divizionda çempion olub, Premyer Liqaya qayıdacaqlar.

– Sizcə, klubun Premyer Liqada legionersiz mübarizə aparması doğru addım idi?
– Fikrimcə, doğru addım idi. Sadəcə, təcrübəli yerli futbolçular daha çox olsaydı, komanda elitadakı yerini qoruyardı. Lazımsız legionerlərdənsə, öz uşaqlarımızın oynamağı daha yaxşıdır.

CAHID

Bənzər xəbərlər