featured-image-51816

“Qarabağ”ın və milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən danışıb.

Msport.az xəbər verir ki, o, Rusiyada yaşayan həmyerlimiz Anar İbrahimovun Youtube kanalına müsahibəsində həmin anları yada salıb. Aparıcının “cənab prezident deyəsən, ən çox sənin əlini sıxdı, əli çox güclüdür?” sualına belə cavab verib:

“Bəli, çox güclüdür. Hətta ondan sonra mənimlə zarafat edirdilər ki, mənim əlimi sındırıb görüşən zaman. (gülür).  Oyununu ölkənin dövlət başçısı qiymətləndirəndə çox xoş təsir bağışlayır.  O, məhz mənim oyun üslubumu qeyd etdi. Buna görə də çox xoş oldu. Məni tərifləyəndə xoşuma gəlmir. Belə şeyləri sevmirəm. Həmin adnda özümü o qədər də rahat hiss etmirəm. Lakin prezidentin bu cür qiymətləndirməsi əlbəttə, çox xoşagələn oldu”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ” klubunun üzvlərini son dəfə 2 il əvvəl qəbul etmişdi. O, məhz həmin görüşdə Məhəmmədəliyevlə söhbətləşmişdi.

Bənzər xəbərlər