Salahla bağlı qərar verildi
“Liverpul” misirli hücumçu Məhəmməd Salahla bağlı mövqeyini müəyyənləşdirib.
Msport.az xəbər verir ki, klub qış transfer pəncərəsində Salahı satmağı planlaşdırır.
Bildirilir ki, forvard bütün variantlara açıqdır — o, “Barselona”, “Real” və ya “Bavariya”ya keçidi dəyərləndirməyə hazırdır. Bununla belə, Səudiyyə Ərəbistanından gələcək təklif ən cəlbedici variant ola bilər.
Salah son günlər baş məşqçi Arne Slotu tənqid edib və komandadakı rolundan narazılığını bildirib. O, ardıcıl 3 oyunda start heyətində yer almayıb, daha sonra isə “İnter”lə Çempionlar Liqasının matçı üçün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Salah bu mövsüm “Liverpul”da 19 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.







