featured-image-71537

Azərbaycan Premyer Liqasında XI tura start verilib.

Msport.az xəbər verir ki, “Zəfər turu”nun açılış oyununda “Şamaxı” “İmişli”ni qəbul edib.

Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0. Görüşdə yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub. Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Şamaxı” 8-ci pilləyə yüksəlib. Qonaqlar 12 xalla 9-cudur.

Günün ikinci görüşündə “Qəbələ” evdə “Sumqayıt”la üz-üzə gələcək.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

Bənzər xəbərlər