featured-image-51240

“Şamaxı” klubu yeni transfer etdiyi futbolçusu Lubeni Haukonqo ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, Namibiya millisinin üzvü Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.

Müdafiəçi ilə 1 illik müqavilə imzalanmışdı.

Əvəzində isə bölgə təmsilçisi Vasiliye Radenoviçi heyətinə qatıb. Mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb. Radenoviçin son klubu Bosniya və Hersoqavinanın “GOSK Gabela” olub.

Bənzər xəbərlər