featured-image-14907

“Şamaxı” klubu Rövşən Şahmuradovun formasında adı yazılmadığı üçün AFFA İntizam Komitəsinin klubu 3000 manat cərimələməsinə münasibət bildirib.

Bölgə təmsilçisinin mətbuat katibi Yusif Hüseynov Msport.az saytına açıqlamasında bu qərardan “Qəbələ” ilə oyunun startına az qalmış xəbər tutduqlarını söyləyib.

O, səhvə yol verdiklərini etiraf edib: “Bizim səhvimizdir. Növbəti matçlarda aradan qaldıracağıq”.

Maraqlıdır ki, cərimələnən klub “Qəbələ” ilə matçda da eyni səhvi təkrarlayıb: “Növbəti dəfə cəzalanıb-cəzalanmayacağımıza İK qərar verəcək. Bizim nəsə deməyimiz düzgün olmaz”.

Hüseynov futbolçunun meydana adsız forma ilə çıxmasını bu cür izah edib: “Onun adı əsas komandanın sifariş vərəqəsində yoxdur. I Divizion üçün sifariş edilib və sonradan əsas kollektivə dəvət alıb”.

Bənzər xəbərlər