featured-image-49563

Premyer Liqanın debütantı “Şamaxı” heyətini formalaşdırmağa davam edir. Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda daha bir futbolçu ilə müqavilə bağlayıb.

“Şamaxı” 21 yaşlılardan ibarət milli komandamızın üzvü Rüfət Abbasovla anlaşıb. 19 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Abbasov bu komandanın əvəzedici heyətində çıxış edib.

Bənzər xəbərlər