“Şamaxı” “Kəpəz”ə, “Turan Tovuz” “Qarabağ”a qarşı
Bu gün Azərbaycan Premyer Liqasında VIII start götürəcək.
Msport.az xəbər verir ki, bununla da milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan qısa fasilə başa çatacaq.
İlk gündə 2 oyun keçiriləcək. Əvvəlcə “Şamaxı” “Kəpəz”i qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq. Digər qarşılaşmada “Turan Tovuz” son çempion “Qarabağ”la üz-üzə gələcək. Bu oyun isə saat 19:00-da start götürəcək.
Turun digər matçları 18 və 19 oktyabrda oynanılacaq.
Premyer Liqa
VIII tur
17 oktyabr (cümə)
14:30. “Şamaxı” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Zöhrab Abbasov
Şamaxı şəhər stadionu
19:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
“Azersun Arena”