featured-image-79883

“Şamaxı” gələn həftə yay hazırlıqlarına başlayacaq.

Msport.az xəbər verir ki, “aslanlar”ın təlim-məşq toplanışı iyulun 11-də Qəbələdə start götürəcək və avqustun 4-nə qədər davam edəcək.

Bölgə təmsilçisi hazırlıq zamanı dörd yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq bütün rəqiblərin kimliyi dəqiqləşib. Növbəti mövsümün hazırlıqlarını ölkə daxilində keçirəcək “Şamaxı” ilk olaraq “Kəpəz” ilə gücünü sınayacaq. Baş məşqçi Azər Bağırovun hazırki və sabiq komandalarının dueli iyulun 20-də baş tutacaq.

İkinci oyununu ayın 26-da keçirəcək “Şamaxı” ölkəmizə təlim-məşq toplanışa gələcək Qətər “Əl-Karaitiyat”ı ilə qarşılaşacaq. Ayın 30-da “Sumqayıt”la, avqustun 4-də isə “Qəbələ” ilə görüş planlaşdırılıb.

Qeyd edək ki, “Şamaxı” son mövsüm çempionatı səkkizinci yerdə başa vurub. Baş məşqçi Ayxan Abbasov ilə yanaşı, “Şamaxı”nı 17 futbolçu – Karim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mansumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandeş, Andrey Tırkovyanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehrəlıyev, Bilal İsmayılov, Sezar Enrike, Alfons Mabula Msanqa, Dioqu Balau tərk edib.

Bənzər xəbərlər