featured-image-70898

“Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu 3 oyunluq cəzalanıb, klub ümumilikdə 4500 manat cərimələnib.

Msport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Şuaybu Misli Premyer Liqasının VIII turunun “Kəpəz”lə matçının 44-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun diskvalifikasiya olunub. Onun bu hərəkətinə görə “Şamaxı” 3000 manat cərimələnib.

Bundan əlavə, həm “Kəpəz”, həm də “Şamaxı”nın geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün hər iki klub 1500 manat cərimələnib. Həmçinin 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” əlavə olaraq 700 manat ziyana düşüb.

Turun “İmişli” – “Qəbələ” oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 700 manat cərimələnib.

“Sumqayıt” – “Karvan-Yevlax” görüşü futbolçularının meydana gec çıxması səbəbindən gec başladığı üçün qonaq komanda 3000 manat cərimələnib.

Bənzər xəbərlər