featured-image-48171

Futbol üzrə Azərbaycan I Liqasında 26-cı tura yekun vurulub. Msport.az xəbər verir ki, çempionatın liderləri – “Qaradağ Lökbatan” və “Şamaxı” komandaları Qaradağ Olimpiya Kompleksinin stadionunda üz-üzə gəliblər.

Dramatik keçən oyunda qapılara 5 qol vurulub.

Meydan sahibləri fasiləyə 2 top fərqlə öndə yollansalar da, “Şamaxı” ikinci yarıda 2 qol vuraraq, 3:2 hesabı ilə qalib gəlib. Qonaqların heyətində Emin Zamanov het-trik edib.

Bu qələbədən sonra “Şamaxı” 54 xalla 1-ci pilləyə yüksəlib. Çempionatın başa çatmasına 1 tur qalmış “Qaradağ Lökbatan” liderdən 1 xal geri qalır.

26-cı tur 

“Qaradağ Lökbatan” – “Şamaxı” 2:3 

Qollar: Seyxan Fərəcov, 14-pen, Xəlil Bəşirov, 40 – Emin Zamanov, 31-pen, 48, 52.

“Araz Saatlı” – İmişli” 2:1 

Qollar: Sequn Omotoşo, 64, 69 – Xəqani Sadıxov, 89.

Turun dünən keçirilən digər oyunlarında “Difai” MOİK-lə bərabərə qalıb – 1:1. “Zaqatala” “İrəvan”ı 2:1, “Karvan” isə “Mingəçevir”i 1:0 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər