"Şamaxı" "Qəbələ"nin futbolçusunu transfer etdi
“Şamaxı” heyətinə yeni futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, “şirlər” “Qəbələ”dən Okan Təhməzlini transfer edib. 21 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Gənc futbolçu son iki mövsümü icarə əsasında I Liqada – “Cəbrayıl” və “Zaqatala” klublarında keçirib.







