"Qəbələ" ilk xalını qazandı, "İmişli"yə 1 qol kifayət etdi
Bu gün Azərbaycan Premyer Liqasında 3-tura start verilib.
Msport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
“Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bununla “qırmızı-qaralar” ilk xalını qazanıb. “Şamaxı”nın isə aktivində 2 xal var.
Digər qarşılaşmada “Şəfa” “İmişli” ilə qarşılaşıb. Matçın taleyini 1 qol həll edib. “İmişli” ikinci hissədə vurduğu yeganə qol sayəsində qələbə qazanıb. Bununla “İmişli” xal ehtiyatını 4-ə çatdırıb. “Şəfa” isə 3 xalda qalıb.
Azərbaycan Premyer Liqası
III tur
29 avqust (şənbə)
18:00. “Qəbələ” – “Şamaxı” – 0:0
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev
VAR: Elvin Bayramov
AVAR: Rahil Ramazanov
Qəbələ şəhər stadionu
20:15. “Şəfa” – “İmişli” – 0:1
Qol: Seyxan Fərəcov, 55
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Kərim Zeynalov
“SOCAR Polymer Arena”
30 avqust (bazar)
18:00. “Kəpəz” – “Turan Tovuz”
20:15. “Zirə” – “Neftçi”
31 avqust (bazar ertəsi)
18:00. “Araz-Naxçıvan” – “Sabah”
20:15. “Sumqayıt” – “Qarabağ”







