featured-image-81707

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci turun daha iki oyunu keçiriləcək.

Msport.az xəbər verir ki, “Şamaxı” səfərdə “Turan Tovuz”un qonağı olacaq. Meydan sahibləri mövsümə qələbə ilə başlayıb. Azər Bağırovun komandası isə ilk turda “Sabah”a uduzub.

Digər görüşdə isə “Araz-Naxçıvan” “Neftçi”nin qonağı olacaq. Naxçıvan təmsilçisi açılış turunda “İmişli” ilə qolsuz bərabərə qalıb. “Neftçi” isə “Sumqayıt” üzərində inamlı qələbə qazanmışdı.

23 avqust (bazar)

Azərbaycan Premyer Liqası, 2-ci tur

18:30.“Turan Tovuz” – “Şamaxı”
Hakimlər:
 Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
VAR: Vüqar Həsənli
AVAR: Zeynal Zeynalov
Tovuz şəhər stadionu

20:45.“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər:
 Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Palms Sports Arena” 20:45

22 avqust

“Zirə” – “İmişli” – 3:1

“Qəbələ” – “Şəfa” – 0:1

Qeyd edək ki,  2-ci turda keçirilməli olan “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunları təxirə salınıb. “Sabah” Çempionlar Liqası, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə PFL-ə bu barədə müraciət edib və qurum bu qərarı verib.

Bənzər xəbərlər