featured-image-14027

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 8-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Msport.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Birinci oyundur. Adətən bu cür oyunlar belə gedir. Milli fasilə olsa da, işə başladıq və 4-5 gün sonra belə oyuna çıxırıq. 7 oyun idi qalib gələ bilmirdik. Əhval ruhiyyə yaxşı deyildi. Bu oyundan sonra gördük ki, həddən artıq çox işlər görməliyik. Vaxt lazımdır, amma öhdəsindən gələcəyik. Uşaqları əzmkarlığa görə təbrik edirik.

Problemli mövqelərə gəlincə, bu gün problemlərlə başlamaq istəmirəm. Komandamızın oyununu düzəltmək lazımdır. Bunu rəhbərlik də bilir. Meydanda hücumçumuz yox idi. İstərdik ki, hücumçu olsun. Bəzi futbolçularımız zədəlidir. Məsələn, Almir Aqanspahiç, Alya Ture və Ouro-Nil Ture zədə səbəbindən komandaya kömək edə bilmir”.

Bənzər xəbərlər