featured-image-51798

“Bu etimada görə AFFA rəhbərliyinə təşəkkür edirəm”.

Bunu Msport.az-a Azərbaycan milli komandasının yeni direktoru İlqar Qurbanov deyib.

O bildirib ki, yığmada işləmək hər kəs üçün şərəfdir: “Azərbaycan millisi mənim üçün yad bir yer deyil. Bir neçə il bu komandanın formasını geyinmişəm. Son illərdə isə yığmanın skautu kimi fəaliyyət göstərirdim. Bir sözlə, komandanın içində idim. Dünən millimizin baş məşqçisi Fernandu Santuşla görüşümüz oldu. Onunla gələcək planları, iş prinsiplərini müzakirə etdik. Mənim işim baş məşqçi ilə sıx kontakt şəraitində olacaq. Ümid edirəm ki, bu əməkdaşlıq hər birimiz üçün uğurlu olacaq”.

Qeyd edək ki, İlqar futbolçu karyerası ərzində Azərbaycan seçmə komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub.

Bənzər xəbərlər