“Səbail”dən ayrıldı
Keniyalı futbolçu Ayub Masika “Səbail” klubundan ayrılıb.
Msport.az xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında bildirib.
O, komanda yoldaşları, məşqçilər heyəti və hər oyunda dəstəyini əsirgəməyən azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, Ayub Masika 2024-cü ilin yanvar ayından “Səbail”in formasını geyinib. O, “dənizçilər”in heyətində 16 rəsmi oyunda meydana çıxıb.