featured-image-50518

“Səbail”dən ayrılan Pedro Nuno karyerasını Polşada davam etdirəcək. Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu “Korona” klubu ilə 1 illik müqavilə bağlayıb.

Kelçe şəhərini təmsil edən komanda ötən mövsüm Ekstraklassada 14-cü yeri tutub.

28 yaşlı futbolçu ötən mövsüm Azərbaycan Premyer Liqasında 34 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə vermişdi.

 

Bənzər xəbərlər