featured-image-44460

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Msport.az-ın məlumatına görə, günün ilk matçında “Qəbələ” “Səbail”i qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib.

“Qırmızı-qaralar”da 13-cü dəqiqədə Urfan Abbasov, 26-cı dəqiqədə Osama Xalayla fərqləniblər. Qonaqlarda 58-ci dəqiqədə Yusif Nəbiyev, 65-ci dəqiqədə Rüfət Abdullazadə, 90+1-ci dəqiqədə Nir Bardea adını taploya yazdırıb.

Bundan əlavə, “Qəbələ”nin müdafiəçisi Lukad Afriko 41-ci dəqiqədə qırmızı vərəqə görərək meydandan qovulub.

Xallarının sayını 37-yə çatdıran “Səbail” hələlik ikinci pillədə qərarlaşıb. 15 xala malik bölgə klubu sonuncudur.

Qeyd edək ki, günün ikinci görüşündə “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Daha əvvəl “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1), “Sabah” evdə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib. “Zirə” – “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib – 1:1.

Bənzər xəbərlər