featured-image-30506

“Səbail” futbolçusu Qoba Zakpanın “Turan Tovuz”la oyunda etdiyi qeyri-etik jestə görə 3 oyunluq cəzalanmasına münasibət bildirib.

Klubdan Msport.az saytına verilən məlumata görə, “dənizçilər” AFFA intizam Komitəsinin qərarına hörmətlə yanaşır.

Amma apellyasiya şikayəti veriləcəyi də istisna edilməyib: “Klub olaraq hazırda bütün diqqətimizi “Şamaxı”ya qarşı keçirəcəyimiz oyuna yönəlib. Bu görüş bizim üçün çox vacibdir. Ona görə də İK-in qərarı ilə bağlı açıqlama verməyəcəyik. Apellyasiya məsələsinə gəlincə, biz qərara hörmətlə yanaşırıq. Lakin futbolumuzun dediyi sözlərin arxasında dayanaraq, matçdan sonra apellyasiya verməyi planlaşdırırıq. Belə bir planımız var”.

Qeyd edək ki, “Səbail” daha əvvəl Qoba Zakpanın həmin vaxt düzgün oturmayan alt paltarını düzəltmək üçün bu hərəkəti etdiyini açıqlayıb.

Bənzər xəbərlər